Gimnastlarımız “Friendship-2023” beynəlxalq turnirində iştirak edəcəklər

Xəbərlər
13 Oktyabr 2023 12:13
208
Gimnastlarımız “Friendship-2023” beynəlxalq turnirində iştirak edəcəklər

Oktyabr 13-14-də Çexiyada batut gimnastikası üzrə “Friendship-2023” beynəlxalq turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, Yablonets şəhərində keçiriləcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Komandamızın heyətində Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova və Nicat Mirzəyev yer alacaqlar.

İdman.biz