Azərbaycan tamblinqçiləri Osloda çıxış edəcəklər

31 Oktyabr 2024 20:09
366
Azərbaycan tamblinqçiləri Osloda çıxış edəcəklər

Azərbaycan tamblinqçiləri “FaceOFF” beynəlxalq tədbirində iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası açıqlama yayıb.

Norveçin Oslo şəhərində keçiriləcək yarışa Tofiq Əliyev və Adil Hacızadə dəvət olunublar.

Yarış noyabrın 2-də start götürəcək.

İdman.biz