Bədii gimnastika üzrə dünya çempionatı bu arenada keçiriləcək

Xəbərlər
31 Oktyabr 2024 11:28
232
Bədii gimnastika üzrə dünya çempionatı bu arenada keçiriləcək

Almaniya Gimnastika Federasiyası 2026-cı ildə bədii gimnastika üzrə dünya çempionatının Frankfurt-Maynda keçiriləcəyi yeri açıqlayıb.

İdman.biz xəbər verir ki, ilin əsas yarışı məşhur "Westhalle" kompleksinda təşkil olunacaq.

Kompleks 1909-cu ildə açılıb və yenidənqurmadan sonra 10 min tamaşaçı qəbul edə bilir. Arenanın maksimal hündürlüyü 40 metrdir ki, bu da idmançılara çıxışlar zamanı alətləri daha yüksəyə atmağa imkan verir.

Qeyd edək ki, Almaniya sonuncu dəfə bədii gimnastika üzrə dünya çempionatına 2015-ci ildə Ştutqartda ev sahibliyi edib.

İdman.biz

Məqalədə: