Gimnastlarımız “Plovdiv kuboku”nda iki medal qazanıblar - FOTO

Xəbərlər
8 Oktyabr 2023 22:46
131
Gimnastlarımız “Plovdiv kuboku”nda iki medal qazanıblar - FOTO

Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv kuboku” start götürüb.

İdman.biz saytı xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü Vladimir Dolmatov fərdi proqramda bürünc medal qazanıb.

Dolmatov daha bir medal qazanıb. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında gümüş medala sahib çıxıb.

İdman.biz