Fərid Qayıbov: “Qəbul etdiyimiz hər qərar bizim idmanın parlaq gələcəyinə yönəlib”

Xəbərlər
7 Oktyabr 2024 15:07
527
Fərid Qayıbov: “Qəbul etdiyimiz hər qərar bizim idmanın parlaq gələcəyinə yönəlib”

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əlamətdar hadisələrindən danışıb.

İdman.biz xəbər verir ki, o, fikirlərini rəhbəri olduğu qurumun saytındakı ənənəvi “Prezidentin qeydləri” rubrikasında bölüşüb.

“Sentyabrın əvvəlində EG-yə üzv federasiyaların üzvləri oktyabrın 24-26-da Qətərin paytaxtı Dohada keçiriləcək Beynəlxalq Gimnastika Federasiyasının 85-ci Konqresinə hazırlıq məqsədilə Budapeştdə görüşdülər. Biz qarşıdakı Konqres çərçivəsində baş tutacaq seçkiləri müzakirə etdik. Mən görüşdə iştirak etməyi bacaran və fikirlərini bölüşən 43 ölkənin rəsmilərinə təşəkkür edirəm. Digər 7 ölkənin nümayəndələri də görüşü yüksək qiymətləndirdilər. Baxmayaraq ki, müəyyən səbəblərdən orada iştirak edə bilməmişdilər.

Görüşdə həqiqətən də canlı diskussiyalar oldu. Namizədlərin çıxışlarını dinləmək çox maraqlı idi və bu sonda effektli müzakirələrlə nəticələndi. Hər keçirilən görüşlə biz federasiyalar arasında qarşılıqlı anlaşma və birgə işində yeni səviyyəyə keçirik. Görüşün sonunda hamı belə tədbirlərin davam etdirilməsində istəkli olduğunu bildirdilər.

Bundan başqa, bu görüşlər bizə müəyyən mövzulara köklənmək və bu gün üzləşdiyimiz problemləri müzakirə etmək, FİG-in İcraiyyə Komitəsinə yeni seçiləcək üzvlərin gimnastikanın gələcəyi naminə bu məsələləri necə həll edəcəyini görmək imkanı verdi”.

Qayıbov bildirib ki, ötən ay EG-in Prezident Şurası və İcraiyyə Komitəsinin də iclası baş tutub: “Biz 2024-cü il üçün Tibbi, 2025-ci il üçün Texniki reqlamenti təsdiqlədik. Həmin illərdə aerobika və “TeamGym” üzrə Avropa çempionatlarının paytaxtlarını müəyyənləşdirdik. 2026-cı və 2027-ci illərdə keçiriləcək idman gimnastikası üzrə qitə çempionatlarının keçirilməsi uçun tender elan olundu”.

O bildirib ki, sentyabrın ikinci yarısında bütün diqqətlər üç qeyri-olimpiya növünə yönəlib: “Portuqaliyanın Gimarayeş şəhəri qapılarını Dünya yaş qrupları və akrobatika üzrə dünya çempionatına açdı. İtaliya Pesarosu isə aerobika üzrə dünya çempionatını qəbul etdi. Bütün tədbirlər yüksək səviyyədə təşkil olunmuşdu və bütün dünyadan olan ən yaxşı gimnastlar fantastik yarış nümayiş etdirdilər. Eyni zamanda Avropa Gimnastikası və Bolqarıstan Bədii Gimnastika Federasiyası sentyabrın 22-27-də Burqasdakı gözəl Qara dəniz kurortunda “Golden Age Gym Festival” adlı möhtəşəm festival keçirdilər. 19 ölkədən 1500-ə yaxın iştirakçı “Gymnastics for All”a qatılaraq çoxsaylı ustad dərslərində yeni dostlar qazandı, şəhərlərdə çıxış etdi, ekskursiyalara getdi və ictimai tədbirlərdə bütün gecəni rəqs etdi”.

Qayıbov qarşıdakı tədbirlərdən gözləntilərini də açıqlayıb: “Oktyabrda ilin sonuncu Avropa çempionatına şahid olmağımızı gözləyirik. “TeamGym” üzrə 15-ci Avropa çempionatı oktyabrın 16-19-da Bakıda keçiriləcək. “TeamGym” hər il inkişaf və tərəqqi gördüyümüz növdür. Bu yarışlar çox maraqlı alınır. Oktyabrın daha bir vacib hadisəsi FİG-in Konqresi və seçkilərdir. Mən dünyanın müxtəlif guşələrindən olan bütün namizədlərə uğurlar arzulayıram. Əminəm ki, həmkarlarımız bu işə ən uyğun, təcrübə və tutacaqları vəzifəyə müvafiq səviyyəyə malik namizədləri seçəcəklər.

Çoxlarınız bilirsiz ki, mən həm də FİG prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Son seçkilərdən sonra bu bizim idman naminə mümkün olan hər şeyi etməyi öz borcum sayıram. Mənim fikrimcə, elə sahələr var ki, daha çox diqqət tələb edir. Gimnastikanın yaxşılaşması üçün onlara baxılması vacibdir ki, bu idman növünü dünya miqyasında görə bilər. Biz daha yüksək səviyyədə olmağa layiqik və idmanın kommersiya tərəfininin inkişafını davam etdirməliyik ki, bu təqdimat, bizim idmançıların dünya arenasında tanınmasıdır. Onlar bizim ulduzlardır ki, gələcək nəsilləri ruhlandıracaqlar. Çünki onlar bizim inkişaflarına investisiya qoya biləcəklərimə layiqdirlər.

Harda olmağımızdan asılı olmayaraq, biz hamımız gimnastika adamlarıyıq. Hədəfimiz eynidir və qəbul etdiyimiz hər qərar bizim idmanın parlaq gələcəyinə yönəlib”.

İdman.biz