Küveytli gimnastlar Bakıda

24 Avqust 2024 16:55
548
Küveytli gimnastlar Bakıda

Küveytin bədii gimnastika komandası Bakıda təlim-məşq toplanışına başlayıb.

İdman.biz xəbər verir ki, idmançılar Milli Gimnastika Arenasında məşq edirlər.

Gimnastlar xoreoqrafiyanın təkmilləşdirilməsinə, həmçinin kompozisiyalarının elementləri üzərində işləməyə xüsusi diqqət yetirirlər.

Qeyd edək ki, bu, küveytli gimnastlar üçün Bakıda keçirilən ikinci təlim-məşq toplanışıdır.

İdman.biz