Neftçalada Azərbaycan çempionatına yekun vurulub - FOTO

Xəbərlər
21 İyun 2024 16:05
147
Neftçalada Azərbaycan çempionatına yekun vurulub - FOTO

Aerobika üzrə Azərbaycan çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, yarış Neftçalada təşkil olunub.

Günün ilk sessiyasında yeniyetmələr və böyüklər arasında mükafatçılar bəlli olub. Fərdi yarışda birinci yeri tutan Dilarə Qurbanova Vladimir Dolmatov və Mədinə Mustafayeva ilə birlikdə çıxış etdiyi “üçlük”də də ölkə çempionu adını qazanıb. Dolmatov – Mustafayeva qarışıq cütlüyü nümunəvi çıxışla azarkeşləri sevindirib.

Çempionatda “Ocaq Sport”, “Qretsiya” klublarını və Sumqayıt Olimpiya Kompleksini təmsil edən ümumilikdə 31 gimnast iştirak edib. Onlar fərdi yarışlarda, qarışıq cütlüklərdə, “üçlük”lərdə və qrup hərəkətlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, aerobika üzrə Azərbaycan çempionatı 8-ci dəfə keçirilib.

İdman.biz

Məqalədə: