Yeddi gimnastımız “Monteneqro Cup”da - FOTO

Xəbərlər
30 May 2024 11:27
90
Yeddi gimnastımız “Monteneqro Cup”da - FOTO

Azərbaycan millisi bədii gimnastika üzrə “Monteneqro Cup” beynəlxalq turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Budva şəhərində keçiriləcək yarış iyunun 1-2-də baş tutacaq. Məşqçilər Valentina Ukleina və Darya Lehkanın rəhbərliyi altında səfərə çıxacaq yığmamızın 7 idmançısı turnirə qatılacaq.

Böyüklərin fərdi yarışında Mədinə Dəmirova və Zəhra Cəfərova mübarizə aparacaqlar. Gənc gimnastlar Nilufər Oruclu, Mədinə Abbaslı və Şəms Müvəffəqi, həmçinin yeniyetmələr Məryəm Baloğlanova ilə Nur Sadıqova bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, turnirdə Azərbaycan hakimləri Aliyə Paşayeva və Aysel Həsənova da iştirak edəcəklər.

İdman.biz

Məqalədə: