İdman gimnastlarımız Dünya kubokunda - FOTO

Xəbərlər
21 May 2024 18:49
88
İdman gimnastlarımız Dünya kubokunda - FOTO

Mayın 23-də Bolqarıstanın Varna şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasından Dünya kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan kişi və qadın idmançıları beynəlxalq turnirdə iştirak edəcəklər.

Kişilərin mübarizəsində Murad Ağarzayev (sərbəst hərəkətlər və dəstəli at), İvan Tixonov (sərbəst hərəkətlər, dayaqlı tullanma və turnik) və Rəsul Əhmədzadə (dəstəli at, dayaqlı tullanma, paralel qollar və turnik) ölkəmizin şərəfini qoruyacaq. Qadınlarda isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri və sərbəst hərəkətlər) qələbə uğrunda yarışacaq.

Qeyd edək ki, Dünya kubokuna mayın 26-da yekun vurulacaq.

İdman.biz