Siyana Vasileva Larnakadakı məşqçi kurslarında ekspert olacaq

20 May 2024 17:40
377
Siyana Vasileva Larnakadakı məşqçi kurslarında ekspert olacaq

Avropa Gimnastikasının (EG) Texniki Komitəsi oktyabrın 11-14-də Kiprin Larnaka şəhərində məşqçi kursları təşkil edəcək.

İdman.biz xəbər verir ki, tədbirdəki ekspertlərdən biri Azərbaycan millisinin məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasında yer alan Siyana Vasileva olacaq.

Larnakada hakimlər üçün də seminar baş tutacaq. FIG-in Texniki Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova bu seminara dəvət alan ekspertlər sırasındadır.

İdman.biz