Bakı çempionatında 53 gimnast mübarizə aparır

Xəbərlər
9 May 2024 12:00
Bakı çempionatında 53 gimnast mübarizə aparır

Bu gün idman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışda 53 idmançı mübarizə aparır.

Onlar Balakən Olimpiya Kompleksi, “Zirə” Mədəniyyət mərkəzi, “Ocaq Sport” idman klubunun Bakı və Sumqayıt bölmələrini, Olimpiya Ehtiyatları İdman Məktəbini, Sumqayıt Olimpiya Ehtiyatları Məktəbini təmsil edirlər.

Qeyd edək ki, yarışlar bütün yaş qruplarında keçiriləcək.

İdman.biz

Məqalədə: