Azərbaycan gimnastı Dünya kubokunda iştirak edəcək

Xəbərlər
7 May 2024 17:54
Azərbaycan gimnastı Dünya kubokunda iştirak edəcək

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə Çelenc seriyalı Dünya kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, mayın 10-12-də baş tutacaq yarışda Azərbaycan millisi bir gimnastla təmsil olunacaq.

İlona Zeynalova fərdi yarışlarda mübarizə aparacaq. İdmançımız Portuqaliyaya məşqçisi Aleksandra Reyşlə yollanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan hakimi Yevgeniya Vilyayeva də iştirak edəcək.

İdman.biz

Məqalədə: