Zörhə Ağamirova 3 növdə finala vəsiqə qazanıb - FOTO

Xəbərlər
3 May 2024 22:28
111
Zörhə Ağamirova 3 növdə finala vəsiqə qazanıb - FOTO

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun ilk günü arxada qalıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının lideri Zörhə Ağamirova 3 növdə finala vəsiqə qazanıb.

O, halqa, top və lentllə həlledici mərhələdə çıxış etmək hüququna yiyələnib. Zöhrə topla yarışda 33,000 bal toplayaraq, 4-cü olub. Ağamirova lentlə çıxış zamanı 31,450, halqa ilə isə 32,900 xalla Top-8-də yer alıb.

Bu nəticələrdən sonra yığmamızın lideri çoxnövçülükdə də finalda yarışacaq. Zöhrə 4 alətlə çıxışın cəmində 127,100 bal toplayıb. Millimizin daha bir üzvü Kamilla Seyidzadə (119,450) də həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sabah Avropa kubokunda ilk medalçılar bəlli olacaq.

İdman.biz