Zöhrədən ikinci final

Xəbərlər
20 Aprel 2024 20:31
68
Zöhrədən ikinci final

Azərbaycanlı gimnast Zöhrə Ağamirova Dünya kubokunda növbəti dəfə finala vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, o, lentlə çıxışda 33,650 bal toplayaraq, bu hüququ əldə edib.

Zöhrə təsnifat mərhələsini 5-ci pillədə başa vurub. Ağamirova çoxnövçülükdə isə 8-ci yeri tutub. O, 125,850 xal toplayıb. Yığmamızın digər üzvü Kamilla Seyidzadə Dünya kubokunu 23-cü pillədə başa vurub.

Çoxnövçülükdə almaniyalı Darya Varfolomeyeva (138.150) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bolqarıstanlı Elvira Krasnobayeva (134.950) 2-ci, italiyalı Sofiya Raffaeli (130.700) 3-cü olub.

Qeyd edək ki, Zöhrə Ağamirova halqa ilə çıxışda da Dünya kubokunun finalında mübarizə aparacaq.

İdman.biz