İdman gimnastımız gümüş qazanıb

Xəbərlər
19 Aprel 2024 22:03
120
İdman gimnastımız gümüş qazanıb

Azərbaycanın idman gimnastı Qətərin paytaxtı Dohada keçirilən Dünya kubokunda gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində Nikita Simonov halqalarda uğurla çıxış edərək, 2-ci olub.

Qadınların yarışında Nazənin Teymurova dayaqlı tullanma və gimnastika tirində finalda yarışacaq.

Qeyd edək ki, Dünya kubokuna sabah yekun vurulacaq.

İdman.biz