Babra: “Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı gördüklərim möhtəşəmdir” - MÜSAHİBƏ

Müsahibə
13 Aprel 2024 17:27
114
Babra: “Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı gördüklərim möhtəşəmdir” - MÜSAHİBƏ

Hindistan Gimnastika Federasiyasının bədii gimnastikası üzrə Texniki Komitəsinin üzvü Jasbir Kaur Babra Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, Milli Gimnastika Arenasındakı toplanışlarını dəyərləndirib, Azərbaycan yığması ilə bağlı fikirlərini açıqlayıb.

- Bu, Bakıya ilk səfərinizdir?

- Bəli, paytaxtınıza ilk səfərimdir.

- Şəhərimiz və Azərbaycan haqqında təəssüratlarınız necədir?

- Bakı haqqında çox xoş təəssüratlarım var. Gördüyüm kimi, şəhəriniz təmiz və qonaqpərvərliyiniz çox gözəldir. Azərbaycan Gimnastika Federasiyanız isə çox heyrətamizdir. Bizə gimnastikamızı təkmilləşdirməkdə kömək edən təcrübəli məşqçiləriniz var.

- Bəs sizin ölkənizdə gimnastika necə inkişaf edir?

- ⁠Çox yaxşı şəraitimiz var. Lakin sizin kimi deyil. Arenanız yüksək səviyyədə qurulub. Hər kəs bilir ki, sizin arena bütün dünyada məşhurdur. Bu səbəblə də hər kəs Bakıya gəlmək istəyir.

- ⁠Azərbaycanda gimnastikanın inkişafı barədə nə deyə bilərsiz?

- ⁠Əladır. Gördüklərim möhtəşəmdir. Məşqçiləriniz və komandanız çox yaxşıdır. Komanda işiniz çox mükəmməldir.

- ⁠Burada hər hansısa yarışlara hazırlaşırsınız?

- ⁠Bəli, gimnastlarımız Avropa kubokuna hazırlaşırlar. Bir neçə gimnastımız aprelin 10-15-də buraya gələcəklər.

İdman.biz

Məqalədə: