Azərbaycan gimnastı qızıl qazanıb

Xəbərlər
12 Aprel 2024 22:14
136
Azərbaycan gimnastı qızıl qazanıb

Azərbaycan gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnirdə qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, Mədinə Abbaslı bütün rəqiblərini arxada qoyub.

O, çoxnövşülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, bu gün start götürən yarış 3 gün davam edəcək.

İdman.biz