Aerobika gimnastları “Slovak Aerobic Open”də

Xəbərlər
11 Aprel 2024 17:43
114
Aerobika gimnastları “Slovak Aerobic Open”də

Azərbaycan gənc aerobika gimnastları “Slovak Aerobic Open”də iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq beynalxalq turnir aprelin 12-14-də keçiriləcək.

Azərbaycan yığması turnirdə 5 idmançı ilə təmsil olunacaq. Yarışda ölkəmizin şərəfini Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı qoruyacaq.

Qeyd edək ki, yarışda məşqçi Emil Quliyev və hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcəklər.

İdman.biz

Məqalədə: