Avropa çempionları: “Qələbəmizdə məşqçilərin xidməti böyükdür”

Xəbərlər
9 Aprel 2024 10:22
99
Avropa çempionları: “Qələbəmizdə məşqçilərin xidməti böyükdür”

“Bizim qələbəmizdə məşqçilərin xidməti böyükdür”.

İdman.biz xəbər verir ki, Portuqaliyanın Gimarayeş şəhərində yeniyetmələr arasında Avropa çempionu olan Azərbaycan batut gimnastları Əli Niftəliyev və Ammar Baxşəliyev deyib.

Niftəliyev maksimum yaxşı nəticəyə kökləndiklərini qeyd edib: “Biz bir il deyil ki, çıxış edirik. Yeni mövsümə daha çətin proqram hazırlamışdıq. Çempionatın gedişində sabit çıxış etdik. Finalda isə yenə rəqiblərimizi keçə bildik”.

O qeyd edib ki, onların nəticəsində Vladimir Şulikinin rəhbərlik etdiyi yığmanın məşqçilər korpusunun böyük xidməti var: “Abdulla Qasımovu da qeyd etmək istərdik. O, bizi çox yaxşı hazırlayıb. Bu da öz bəhrəsini verdi”.

İdman.biz

Məqalədə: