Malkin: “Dünya çempionatındakı qələbədən sonra Avropada da ən güclü olduğumuzu sübut etdik”

Xəbərlər
9 Aprel 2024 09:30
178
Malkin: “Dünya çempionatındakı qələbədən sonra Avropada da ən güclü olduğumuzu sübut etdik”

“Dünya çempionatındakı qələbədən sonra biz Avropada da ən güclü olduğumuzu sübut etdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan gimnastı Mixail Malkin deyib.

O, Portuqaliyalının Gimarayeş şəhərində keçirilən Avropa çempionatında tamblinq üzrə komanda yarışlarında qazanılan qızıl medala şərh verib: “Maraqlı mübarizə getdi. Xüsusilə qeyd olunmalıdır ki, biz Böyük Britaniyanı 2 xal keçdik. Dünya çempionatında biz onları 1 xal qabaqlamışdıq. İndi isə daha inamlı qalibiyyət əldə etdik. Komanda yoldaşlarımı təbrik edirəm, əhsən deyirəm”.

Malkin 4-cü yeri tutduğu şəxsi birincilikdən də danışıb: “Təəssüf ki, həlledici kombinasiyam uğursuz alındı. Bu üzdən də mükafatlar uğrunda mübarizə apara bilmədim. Tofiq Əliyevi qazandığı gümüş medal münasibətilə təbrik edirəm. Onun fəxri kürsüdə yer alması xoş oldu. İndi dünya kubokuna hazırlaşacağıq".

Qeyd edək ki, Malkin Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovla birlikdə komanda yarışının qalibi olub.

Zəki Feyzullayev
İdman.biz