Azərbaycan gimnastları Avropa çempionatında 2-ci qızılı qazanıblar

Xəbərlər
5 Aprel 2024 22:06
165
Azərbaycan gimnastları Avropa çempionatında 2-ci qızılı qazanıblar

Portuqaliyanın Gimareyeş şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yeniyetmələrin batutda sinxron hərəkətlərində Əli Niftəliyev və Ammar Baxşaliyev cütü qızıl medal qazanıb.

Qızların batutda sinxron hərəkətləri yarışında isə Azərbaycan gimnastları Ayan Şabanova və Samirə Hüseynova fəxri kürsünün ikinci pilləsində yer alıblar. Bu, Azərbaycan batutçu qızların ilk Avropa medalı olub.

Tamblinqçilər Mixail Malkinlə Əliyev Tofiq Əliyev fərdi yarışlarda həlledici raunda yüksəliblər.

Olimpiya lisenziyasının sahibi Selxan Mahmudova yarımfinala adlayıb. Yeniyetmələrin yarışlarında Əli Niftəliyev Aleksey Karataşev tamblinqdə təsnifatı keçərək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət tamblinq yığmamız Avropa çempionatında ilk qızıl medalı qazanıb.

İdman.biz

Məqalədə: