Gimnastlarımızdan Kantanhededə gümüş medal - FOTO

Xəbərlər
24 Mart 2024 17:09
96
Gimnastlarımızdan Kantanhededə gümüş medal - FOTO

Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə “Cantanhede International Open Competition 2024” beynəlxalq turniri davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançılarından Xədicə Quliyeva, Arzu Ağayeva və Leyla Bejanovadan ibarət “üçlük” fəxri kürsüyə yüksəlib.

Gimnastlarımız gümüş medala sahib olub.

Qeyd edək ki, Portuqaliyanın Kantanhede şəhərində yarış 12-ci dəfə təşkil olunub.

İdman.biz