Avropa Gimnastikası Federasiyası növbədənkənar Baş Assambleyanın onlayn formatda keçirilmə tarixini dəyişib.
İdman.Biz xəbər verir ki, qurumun rəsmi açıqlamasında bu qərarın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Rusiya və Belarus idmançılarına bayraq və himnləri altında beynəlxalq yarışlarda iştirak icazəsi verməsindən sonra Avropadakı vəziyyətin daha ətraflı qiymətləndirilməsi zərurəti ilə əlaqədar qəbul edildiyi bildirilib.
“Bazar ertəsi, 29 iyun 2026-cı ildə Avropa Gimnastikası Federasiyası Beynəlxalq Gimnastika Federasiyasının Rusiya və Belarus idmançılarına heç bir məhdudiyyət olmadan yarışlarda iştirak etməyə icazə verməsi ilə bağlı qərarı müzakirə etmək üçün növbədənkənar Baş Assambleya keçirməyi planlaşdırmışdı.
Baş Assambleyada 3-cü virtual növbədənkənar Baş Assambleyanın mümkün qədər tez, lakin ən geci 3 avqust 2026-cı il tarixinədək təxirə salınması barədə qərar qəbul edildi. Bu qərar Beynəlxalq Gimnastika Federasiyasının 18 may 2026-cı il tarixli, Rusiya və Belarus idmançılarına tətbiq edilən bütün məhdudiyyətlərin və xüsusi qaydaların ləğvi ilə bağlı qərarından sonra Avropadakı vəziyyətin öyrənilməsi üçün daha çox vaxta ehtiyac olduğu əsas gətirilərək verildi”, - deyə federasiyanın bəyanatında bildirilir.
