Yığmanın lideri 2 qızıl, 2 gümüş qazanıb

Xəbərlər
23 Mart 2024 21:46
148
Yığmanın lideri 2 qızıl, 2 gümüş qazanıb

Bədii gimnastika üzrə Azərbaycan çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın son günündə fərdi yarışlar üzrə qaliblər müəyyənləşib.

Azərbaycan yığmasının lider Zöhrə Ağamirova iki növdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, halqa və lentlərlə çıxışda bütün rəqiblərini qabaqlayıb. Zöhrə topla və gürzlərlə çıxışı zamanı gümüş medal qazanıb.

Fərdi yarışların qalibləri
Halqa: 1. Zöhrə Ağamirova, 2. Alina Məmmədova, 3. İlona Zeynalova.
Top: 1. İlona Zeynalova, 2. Zöhrə Ağamirova, 3. Alina Məmmədova.
Gürzlər: 1. Mədinə Dəmirova, 2. Zöhrə Ağamirova, 3. Alina Məmmədova
Lentlər: 1. Zöhrə Ağamirova, 2. İlona Zeynalova, 3. Mədinə Dəmirova.

İdman.biz