5 gimnastımız finalda

Xəbərlər
17 Mart 2024 13:15
124
5 gimnastımız finalda

Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə keçirilən “Dutch Trampoline Open 2024» beynəlxalq turniri keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastları finala yüksəliblər.

Fərdi proqramda çıxış edən Selcan Mahsudova, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Samirə Hüseynova, Ömər Qasımlı həlledici mərhələyə vəsiqə əldə edib. Əli Niftəliyev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Fərhad Mustafayevdən ibarət komandamız da finalda mübarizə aparacaq.

Qeyd edək ki, Selcan Mahsudova bir neçə gün öncə Alkmaar şəhərində təşkil olunan batut gimnastikası üzrə Dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

İdman.biz