Bakıda Dünya kuboku start götürür

Xəbərlər
7 Mart 2024 10:36
79
Bakıda Dünya kuboku start götürür

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya kubokuna start veriləcək.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışda 67 ölkədən 590 idmançının iştirak edəcək.

Dünya kubokunda ölkəmizi Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, parallel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, parallel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, yarışlar hər gün saat 12:00-da başlayacaq.

İdman.biz

Məqalədə: