Rəsul Əhmədzadə: “Dünya kubokunda hədəfim bayrağımızı qaldırmaqdır”

Xəbərlər
6 Mart 2024 11:05
255
Rəsul Əhmədzadə: “Dünya kubokunda hədəfim bayrağımızı qaldırmaqdır”

“Bu iştirak edəcəyim ilk Dünya Kuboku olacaq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın millisinin idman gimnastı Rəsul Əhmədzadə deyib.

Bakıda keçiriləcək Dünya kubokunda dəstəli at və paralel qollarda mübarizə aparacaq idmançı debüt yarışında həyəcanlı olduğunu gizlətməyib: “Amma əlimdən gələni etməyə çalışacam. Hazırlıqlar yüksək səviyyədə davam edir. Qələbə qazanmaq çətin olsa da, hər şeyin öhdəsindən gələcəyimə inanıram. Yarışa tam hazıram. Hədəfim əvvəlcə final, daha sonra fəxri kürsüdə bayrağımızı qaldırmaqdır. Rəqiblərimiz güclüdür”.

Qeyd edək ki, Bakıda keçiriləcək Dünya kuboku martın 7-10-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: