Mixail Malkin Dünya kubokunun qalibi olub - FOTO

Xəbərlər
25 Fevral 2024 14:41
Mixail Malkin Dünya kubokunun qalibi olub - FOTO

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya kubokunun qalib olub.

İdman.biz xəbər verir ki, tamblinq növündə yarışan təmsilçimiz fəxrü kürsünün ən yüksək pilləsində yer alıb.

Malkin 31,100 bal nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb. Gümüş medalı Azərbaycan yığmasının digər üzvü Adil Hacızadə (29,500) əldə edib.

Qadınların tamblinq yarışında fransalı Kendi Braye-Vestilla 1-ci olub. O, 26,500 ballıq nəticə göstərib. Yunan Aleksandra Efraimoqlu (26,100) 2-ci, digər fransalı Mari Deloj (25,500) 3-cü yeri tutub.

Batut gimnastikasında Çin idmançıları daha yaxşı çıxış ediblər. Qadınların yarışında Ksyuinq Ju 56,920 ballıq nəticə ilə birinci yer tutub. O, Anjela Bladseva (AİN, 56,590) və Yana Lebedevanı (AİN, 56,080) qabaqlayıb.

Kişilərin mübarizəsində də çinli gimnast Zisai Vanq uğurlu çıxış edərək, 62,160 ballıq nəticə göstərib. Daha bir çinli Lyanqyu Lyanya (62,160) gümüşə sahib çıxıb. İvan Litvinoviç (AİN, 60, 440) üçüncü yerdə qərarlaşıb.

Qalibləri gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva mükafatlandırıblar.

İdman.biz