Almaniyadan qızıl medalla

24 Fevral 2024 21:24
1 164
Almaniyadan qızıl medalla

Azərbaycanlı gimnast Nikita Simonov Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunda qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, o, halqalarla hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək piləsində yer alıb.

Beynəlxalq turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Simonov qələbə sayəsində lisenziya xal hesabını artırıb və Olimpiadaya vəsiqə qazanmaq üçün yaxşı şans qazanıb.

İdman.biz