Azərbaycanın iki gimnastı dünya kubokunun finalına yüksəlib

24 Fevral 2024 17:49
363
Azərbaycanın iki gimnastı dünya kubokunun finalına yüksəlib

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, tamblinq yarışlarında final mərhələsinin iştirakçıları bəlli olub.

Azərbaycanın iki gimnastı mükafatlar uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb. İkiqat dünya çempionu Mixail Malkin yarımfinalda birinci olub – 58,700 xal. Komanda yarışında dünya çempionu Adil Hacızadə isə 57,100 xalla ikinci yeri tutub. Yarımfinalda dördüncü olan Tofiq Əliyev finala hər ölkədən iki gimnast çıxdığı üçün mübarizəni dayandırıb.

Qeyd edək ki, qadınların batutdakı fərdi yarışlarında çıxış edən Selcan Mahmudova finala yüksələ biməyib.

İdman.biz

Məqalədə: