Bədii gimnastlarımız “Irina Deleanu Cup”da

Xəbərlər
22 Fevral 2024 12:35
90
Bədii gimnastlarımız “Irina Deleanu Cup”da

Fevralın 23-dən Rumıniyanın Ployeşti şəhərində bədii gimnastika üzrə 23-cü “Irina Deleanu Cup” beynəlxalq turniri start götürəcək.

İdman.biz xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Ployeştidə böyüklər arasında İlona Zeynalova, Mədinə Dəmirova, gənclər arasında Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova mübarizə aparacaqlar.

İdman.biz

Məqalədə: