“Ocaq Sport” klubunun Zaqatala bölməsinin və Şəki Olimpiya İdman Kompleksini təmsil edən bədii gimnastlar Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıb.
İdman.biz xəbər verir ki, 6 gün davam edəcək təlimdə əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.
Hazırlıqda 2011-2017-ci il təvəllüdlü 15 gimnast iştirak edir.
“Ocaq Sport” klubunun Zaqatala bölməsinin və Şəki Olimpiya İdman Kompleksinin bədii gimnastika üzrə məşqçisi Safura Qurbanova bildirib ki, hədəf komandanın maksimum hazırlığıdır: “Hazırda 10 gimnast Zaqataladan, 5 gimnastımız isə Şəkidən gəlib. Gimnastlarla alətlər üzərində işləyirik. Həmçinin fiziki hazırlıqlarının təkminləşdirilməsi istiqamətində işlər görürük. Bir sıra beynəlxalq yarışlarda idmançılarımız iştirak ediblər. İl ərzində də bir neçə yarışda iştirakımız gözlənilir”.
Banuçiçək Hüseynli
İdman.biz
