Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.
İdman.biz-in məlumatına görə, bu uğura Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv imza atıb.
Komanda 5 iplə hərəkətlərin icrasında 3-cü yeri tutub.
İdman.biz