6 qat dünya çempionu Milli Gimnastika Arenasında ustad dərsi keçir - FOTO

Xəbərlər
20 Fevral 2024 11:50
113
6 qat dünya çempionu Milli Gimnastika Arenasında ustad dərsi keçir - FOTO

Batut üzrə Azərbaycan milli komandası və klub məşqçiləri üçün ustad dərslərinə start verilib.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Tədbir Milli Gimnastika Arenasında gerçəkləşir. Ustad dərsləri Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitri Poliaruş tərəfindən keçirilir.

Qeyd edək ki, batut üzrə 6 qat dünya, 7 qat Avropa çempionu olan belaruslu mütəxəssis iki Olimpiya Oyunlarının iştirakçısıdır.

İdman.biz

Məqalədə: