Federasiya prezidenti: “Azərbaycan çempionatında iştirak böyük təcrübədir”

Müsahibə
15 Fevral 2024 14:04
102
Federasiya prezidenti: “Azərbaycan çempionatında iştirak böyük təcrübədir”

“Bakıda yeniyetmələr və kiçiklər üçün belə yaxşı səviyyəli yarışın keçirilməsinə görə sevinirəm. Bu addımı alqışlayıram”.

Bunu İdman.bizə Tbilisinin Gimnastika Federasiyasının prezidenti Roza Beikaşvili deyib.

Batut gimnastikası üzrə açıq Azərbaycan çempionatı və Bakı birinciliyində iştirak edən Gürcüstan nümayəndə heyətinin üzvü yarışlara 26 idmançı ilə qatıldıqlarını bildirib: “Gürcüstandan buraya Tbilisi, Qori və Batumidən üç komandadan ümumilikdə 26 gimnast gəlib. Yarışlarda iştirak etdiyimiz üçün çox şadam. Burada iştirak böyük təcrübədir. Azərbaycanın qız və oğlan gimnastlarını çox bəyənirəm. Həmişə çox yaxşı gimnastlarınız olub. Azərbaycan dünya çempionatlarında, Olimpiya Oyunlarında belə idmançıları olması ilə ad çıxarıb”.

Gürcüstanlı qonaq turnirin təşkilinə də toxunub: “Turnir çox yaxşı səviyyədə təşkil olunub. Təşkilatçılara təşəkkür edirəm. Batut da çox gözəldir. İdmançıların yaxşı çıxışı üçün hər cür şərait var”.

O, Bakıda təşkil olunacaq Dünya kuboku və yarışa ev sahibliyi edəcək Milli Gimnastika Arenası barədə fikirlərini də bildirib: “Dünya kubokunda 4 gimnastımız olacaq. Çox yaxşı idmançılarımız var. Onlar Olimpiya lisenziyası üçün mübarizə aparacaqlar. Biz iki dəfə Milli Gimnastika Arenasında çıxış etmişik. Orada hər şey əladır. Federasiyaya batut kimi olimpiya növünə belə yanaşdıqları üçün təşəkkür edirəm”.

Qeyd edək ki, tamblinq və batut gimnastikası üzrə Dünya kuboku fevralın 23-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

İdman.biz

Məqalədə: