Gimnastlarımız 2 beynəlxalq turnirə qatılacaq

Xəbərlər
13 Fevral 2024 12:00
125
Gimnastlarımız 2 beynəlxalq turnirə qatılacaq

İdman gimnastikası üzrə yığma komandamız ardıcıl iki beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, əvvəlcə yığmanın üzvləri - Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, qadınlar arasında isə Nazənin Teymurova fevralın 15-18-də Misirin paytaxtı Qahirədə yarışa qatılacaqlar.

Fevralın 22-25-də isə gimnastlarımız Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya kubokunda qüvvələrini sınayacaqlar.

İdman.biz

Məqalədə: