Zöhrə Ağamirova: “Həftənin 6 günü 6-7 saat məşq edirəm”

Müsahibə
13 Yanvar 2024 16:22
513
Zöhrə Ağamirova: “Həftənin 6 günü 6-7 saat məşq edirəm”

"Çox şadam ki, ikinci dəfə Olimpiya Oyunlarına lisenziya qazanmışam".

Bunu İdman.bizə Azərbaycan millisinin bədii gimnastı Zöhrə Ağamirova deyib.

2023-cü ildə reytinqinə görə ölkənin ən yaxşı idmançısı seçilən Avropa çempionatının bürünc medalçısı bildirib ki, yeni ilin şanslı və uğurlu olmasını istəyir: "Hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxış edərək, finala vəsiqə qazanmaqdır. Olimpiyada da zəif idmançı olmur. Buna görə də düşünürəm ki, güclü rəqabət olacaq".

Artıq Fransa paytaxtında inanmlı çıxış üçün məşqlərə start verən Ağamirova gərgin hazırlıqların getdiyini vurğulayıb: "Həftənin 6 günü 6-7 saat məşq edirəm. İnanıram ki, bu il hər kəs üçün uğurlu və şans dolu olar".

Gimnast digər əsas hədəfinin isə Dünya Kuboklarında finala vəsiqə və medallar qazanmaq olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlar 9 lisenziya qazanıb. Olimpiada iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz