Azərbaycanın iki idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, Nikita Simonov və Dəniz Əliyeva final mərhələsində mübarizə aparıblar.
N.Simonov halqalarla hərəkətlərin icrasında dördüncü, D.Əliyeva isə dayaqlı tullanma proqramında altıncı yeri tutub.
30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq. Sabah isə yarışın sonuncu - ikinci final günü keçiriləcək. Həmin gündə gimnastımız Aydın Əlizadə mübarizə aparacaq.
@idman.biz Azərbaycan gimnastı Nikita Simonovdan möhtəşəm nəticə! 🇦🇿 Halqalarla hərəkətlərdə çıxış edən təmsilçimiz yüksək ustalıq nümayiş etdirərək 4-cü pilləni tutub. #NikitaSimonov #Azərbaycan ♬ оригинальный звук - Idman və Biz
