Azərbaycanda ilin ən yaxşısı: “Bu mükafat məni daha da həvəsləndirir”

Xəbərlər
27 Dekabr 2023 10:08
157
Azərbaycanda ilin ən yaxşısı: “Bu mükafat məni daha da həvəsləndirir”

“Bu mükafat məni daha da həvəsləndirir və idmançı üçün çox şey deməkdir”.

Bunu İdman.bizə Gənclər və İdman Nazirliyini tərəfindən ilin ən yaxşı qadın idmançısı nominasiyasının qalibi, ilin yekun reytinq cədvəlində ilk “10luq”da yer alan bədii gimnast Zöhrə Ağamirova deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yığma lideri bildirib ki, bu mükafat ona əlavə stimul verəcək: “Çox şadam ki, məni bu qədər yüksək qiymətləndirdilər. Bu, işimin qiymətləndirilməsidir. Məşqçilərimə və federasiyaya təşəkkür edirəm. Onlar olmasaydı, mən heç nə əldə edə bilməzidim”.

Azərbaycan millisinin gimnastı yeni illə bağlı planlarını da bölüşüb. O vurğulayıb ki, öz üzərimdə işləməyə davam edəcək, nailiyyətlərini daha da artırmaq üçün çox çalışacaq.

Qeyd edək ki, Avropa çempionatında topla hərəkətlərdə bürünc qazanan Zöhrə Ağamirova Valensiyada keçirilən dünya çempionatının çoxnövçülük üzrə finalında 12-ci olub. Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançımız, həmçinin Universiadada iki gümüş və bir bürünc medala yiyələnib.

Zəki Feyzullayev
İdman.biz