Bədii gimnastika üzrə 2024-cü il Rusiya çempionu və yeniyetmələr arasında üçqat dünya çempionu, əslən azərbaycanlı olan Lələ Kramarenko 2026-cı il üçün bədii gimnastika üzrə Rusiya millisinin heyətinə daxil edilməyib.
İdman.Biz xəbər verir ki, 2025-ci ilin əvvəlində Kramarenkonun məşqçisi İrina Viner gimnastın 2024-cü ildə dizindən uğursuz əməliyyat keçirdiyini bildirmişdi, lakin sonradan bu məlumat təkzib olundu.
2025-ci ilin noyabrında Kramarenko karyerasını bərpa etdiyini elan edib.
21 yaşlı Lalə Kramarenko 2021-ci ilin Avropa çempionu, 2019-cu ilin yeniyetmələr arasında dünya çempionu və 2018-ci ilin yeniyetmələr arasında Avropa çempionudur.
2024-cü ildə bədii gimnastika üzrə Rusiya çempionatında Kramarenko beş qızıl medal qazanıb.
Qeyd edək ki, Lalə Kramarenko 2014-cü ilə kimi Azərbaycanı təmsil edib. Həmin il Moskvaya köçərək Rusiya yığmasının tərkibində çıxış etməyə başlayıb. Atası Dmitri Kramarenko Azərbaycan milli futbol komandasının keçmiş qapıçısı olub. Əkiz bacısı Diana tennislə məşğuldur.
