Gimnastlarımızdan daha 6 medal - FOTO

Xəbərlər
16 Dekabr 2023 16:37
295
Gimnastlarımızdan daha 6 medal - FOTO

Azərbaycanın batut gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha 6 medal qazanıblar.

İdman.biz xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev qalib adına yiyələnib.

Onunla yanaşı, Ömər Qasımlı gümüş, Səma Cəfərova və Ammar Baxşalıyev bürünc medala layiq görülüblər.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev ikinci, Səma Cəfərova və Şəfiqə Hümbətova isə üçüncü yeri tutublar.

Qeyd edək ki, daha öncə sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl, Fərhad Mustafayev və Ömər Qasımlı isə gümüş medal qazanıblar.

İdman.biz

Məqalədə: