Lalə Kramarenko Vinerin baş məşqçi postundan getməsinə belə reaksiya veribmiş

Xəbərlər
16 Oktyabr 2025 18:48
39
Lalə Kramarenko Vinerin baş məşqçi postundan getməsinə belə reaksiya veribmiş

Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenko qızı, gimnast Lalə Kramarenkonun İrina Vinerin Rusiya millisinin baş məşqçi postunu tərk etməsi xəbərinə münasibəti barədə danışıb.

İdman.Biz bildirir ki, Lalə Kramarenko 2014-cü ilədək gimnastikada Azərbaycanı təmsil edib.

“O şok keçirdi. “Bu ola bilməz! Ata, mən onsuz necə çıxış edə bilərəm?”, dedi. Mən dedim ki, Viner xətt məşqçisi olaraq qalacaq. “Bəs bu baş verməsə nə olacaq? Məşq zamanı dönürəm və İrina Aleksandrovna yoxdur”, cavabını verdi. Və bütün bunları aralarındakı narazılıqlara və incikliklərə baxmayaraq dedi”, - Dmitri Kramarenko bildirib.

Viner 2001-2025-ci illərdə bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi vəzifəsində çalışıb. Tutduğu vəzifədən getdikdən sonra onu Tatyana Sergeyeva əvəzləyib.

Dmitri Kramarenko hazırda Moskvanın MOİK klubunun qapıçılar üzrə məşqçisidir.

İdman.Biz