Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, qitə yarışında 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar.
Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Avropa çempionatı Gəncə İdman Sarayında baş tutacaq.