Selcan Mahsudova “Dutch Trampoline Open” turnirində qızıl medal qazandı

16 Mart 2026 15:32
108
Selcan Mahsudova “Dutch Trampoline Open” turnirində qızıl medal qazandı

Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” beynəlxalq turnirində gimnastımız uğurlu nəticə əldə edib.

İdman.Biz xəbər verir ki, fərdi proqramda ölkəmizi təmsil edən Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirin qalibi olub.

Bundan əlavə, Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.

Gimnastımızı bu uğuru münasibətilə təbrik edir və gələcək yarışlarda da uğurlar arzulayırıq.

Qeyd edək ki, Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala layiq görülüb.

İdman.Biz