Azərbaycan gimnastları Dünya Kubokunda iki medal qazanıblar - FOTO

13 Mart 2026 21:50
99
Azərbaycan gimnastları Dünya Kubokunda iki medal qazanıblar

Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastları uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, kişilər arasında sinxron proqramda Hüseyn Abbasov və Maqsud Mahsudov cütlüyü 51.060 xalla bürünc medala layiq görülüb.

Qarışıq sinxron cütlükdə isə Selcan Mahsudova və Maqsud Mahsudov 51.090 xalla gümüş medal qazanıblar.

İdman.Biz