Vitali Borisov 7 qol buraxan qapıçını ən yaxşı adlandırıb

Xəbərlər
5 Noyabr 2024 00:23
117
Vitali Borisov 7 qol buraxan qapıçını ən yaxşı adlandırıb

"Çox pis oynadıq. Birinci hissədə müqavimət göstərdik, mümkün qədər mübarizə apardıq".

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.

O, Bosniya və Herseqovina ilə yoldaşlıq matçında qeydə alınan 0:7 hesablı məğlubiyyəti şərh edib: "Təəssüf ki, fasiləyə 2 saniyə qalmış qol buraxdıq. Halbuki bizim də epizodumuz oldu. İkinci hissədə isə ardıcıl qollar buraxdıqdan sonra uşaqlar ruhdan düşdü. Bu görüşün ən yaxşısı qapıçımız Emin Kürdov oldu. Ona "çox sağ ol" düşür. Əlindən gələ qədər köməklik etdi. İşimiz çoxdur. Belə oyunla heç nəyə nail ola bilmərik. Düzdür, milli çempionat yeni başlayıb, amma əsas çatışmazlıq beynəlxalq oyun təcrübəsinin azlığıdır. Bu baxımdan "Araz-Naxçıvan"ın üzvləri və milliyə bir müddətdir dəvət olunan futzalçılar nisbətən seçilirlər. Oyunu təhlil edəcəyik. Sabah daha yaxşı oynamalıyıq. Rəqibimiz atletik cəhətdən seçilir. Topla da yaxşı oynayırlar".

Qeyd edək ki, yığmamız bu gün Bosniya və Herseqovinada yerli komanda ilə daha bir yoxlama matçında qüvvəsini sınayacaq.

İdman.biz