Kaka: “Azərbaycanın bizi təəccübləndirməsi çətindir”

Xəbərlər
11 Oktyabr 2023 13:32
162
Kaka: “Azərbaycanın bizi təəccübləndirməsi çətindir”

“Bəzi futzalçılarda mikrozədələr var, lakin onlar matça təsir etməməlidir. Oyunçular məsuliyyətli və çox motivasiyalıdırlar, heç bir rahatlıq yoxdur”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi Paulo Rikardo Kaka DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşıdakı oyunu şərh edərkən deyib.

Baş məşqçi matçın Astanada oynanmasının əhəmiyyətindən də danışıb: "Azərbaycan və Qazaxıstan milliləri bir-birini yaxşı tanıyır, bizi nə iləsə təəccübləndirmək çətindir. Azarkeşləri yaxşı oyun gözləyir. Matça hazırlaşmışıq, zəif nöqtələrimizi yaxşılaşdırmağa çalışmışıq. Uzun müddətdir ki, Astanada oynamırıq. Qarşılaşmanın orada olması çox xoşdur. Futzal üçün belə bir tələb var, tam heyətlə azarkeşlərimizin dəstəyini gözləyirik, sona qədər mübarizə aparan bir komanda olduğumuzu göstərməyə çalışacağıq”.

Astanadakı görüş Jekpe-Jek Sarayında Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Qazaxıstan turnir cədvəlində 9 xalla liderdir. Rumıniyanın 6, Azərbaycan 3 xalı var. Qrup sonuncusu olan Niderlandın xalı yoxdur.

Emin Ağa

İdman.biz