“Neftçi” İK futzal üzrə Azərbaycan Kubokunun qalibi olub.
İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan”la qarşılaşan "ağ-qaralar" 5:3 hesabı ilə qalib gəliblər.
11:28
Bu gün futzal üzrə Azərbaycan Kubokunda mövsümün son oyunu keçiriləcək.
İdman.Biz xəbər verir ki, həlledici görüşdə son çempion “Araz-Naxçıvan” “Neftçi” İK ilə qarşılaşacaq. Final matçı Bakı İdman Sarayında təşkil olunacaq və saat 16:00-da start götürəcək.
Final oyununu Hikmət Qafarlı, Ramil Namazov və Hidayət Feyzullayev idarə edəcəklər. Ehtiyat hakim funksiyasını İmran Məhərrəmov yerinə yetirəcək. Hakim-inspektor isə Əfqan Həmzəyev olacaq.
Komandalar oyuna aşağıdakı heyətlə çıxacaqlar:
Neftçi İK: 16. Vladislav Reznov (q), 3. Markus Vinicius, 4. Fərid Atakişiyev, 12. Allef Maiolli, 97. Lukas Ramos, 1. Kamran Hacıyev (q), 13. Əjdər Əjdərov (k), 14. Leonildo Rodriques, 8. İaqo Henrique, 9. Vahib Xocayev, 10. Nihad İsmayılov, 7. Emil Həsənzadə, 17. Qustavo Rodrigues, 19. Tofiq Əliyev
Baş məşqçi: Fuad Rzayev
Araz-Naxçıvan: 12. Rövşən Hüseynli (q), 7. Amirhossein Rasouli, 10. Jean Peruzzo, 21. Filipe De Lima, 29. Luiggi Longo, 1. Emin Kürdov (q, k), 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 9. Alleks Rezende, 19. Sadiq Əlizadə, 20. Ədalət Ələkbərov, 49. Giovanny Valero, 70. Jean Karlos, 99. Elan Delon
Baş məşqçi: Yevgeni Kukseviç
Qeyd edək ki, mayın 18-də keçirilən Yüksək Liqanın həlledici matçında “Araz-Naxçıvan” “Neftçi”yə 5:2 hesab ilə qalib gələrək 20-ci dəfə Azərbaycan çempionu olub.
