Futzal üzrə Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb.
İdman.Biz xəbər verir ki, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.
18 may
Saat 19:00. “Neftçi” İK - “Araz-Naxçıvan”
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov
Ehtiyat hakim: Hidayət Feyzullayev
Hakim-inspektor: Elçin Səmədli
Bakı İdman Sarayı
