Futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib

7 May 2026 21:31
150
Futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 19-cu turun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk matçında lider “Neftçi” İK mükafatlar uğrunda mübarizə aparan “Baku Fire” ilə qarşılaşıb.

“Ağ-qaralar” rəqibini 5:1 hesabı ilə məğlub edib.

Günün ikinci oyununda “Araz-Naxçıvan” 12:2 hesabı ilə U-19 yığmasına qalib gəlib.

Bu tur 3 xalı meydana çıxmadan “Şuşa” hesabına yazdırıb. Belə ki, “Lənkəran” çempionatda artıq çıxışını dayandırdığına görə, qələbə “Şuşa”ya verilib.

19 turdan sonra “Neftçi” 52 xalla liderdir. “Araz-Naxçıvan” 49 xalla ikincidir.

İdman.Biz